İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nikaraqua respublikası Fələstinin Ramallah şəhərində səfirlik açır. Bu barədə Fələstin Muxtar Dövlət Təşkilatının xarici işlər naziri Riyaz əl-Maliki xəbər verib.
Fələstin Muxtar Dövlət Təşkilatının xarici işlər naziri Riyaz əl-Maliki deyib: Nikaraqua respublikası Ramallah şəhərində səfirlik açacaq. Nikaraquanı bu səfirlikdə Fələstin mənşəli Mazin Xəfəş təmsil edəcəkdir.
O əlavə edib: Xarici İşlər Nazirliyi Nikaraquanın səlahiyyətli səfiri ilə öz məsuliyyətini icra etmək üçün həmkarlıq edəcəkdir.
Qeyd edək ki, Nikaraqua Mərkəzi Amerika dövlətlərindən biridir. Bu ölkə qərbdən Sakit okean, şərqdən isə Karib dənizi ilə əhatə olunmuşdur.