IQNA

Ərəbistanda Rusiyalı zəvvarlara Quran öyrədilir

22:40 - August 05, 2019
Xəbər sayı: 3485654
Moskvanın İslam Mərkəzinin Quran təlimi müəllimi Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan Rusiyalı zəvvarlara Qurani-Kərimin düzgün və sadə oxunuşu, Namazın düzgün qiraəti və Həcc hökmlərini öyrədir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Moskvanın İslam Mərkəzinin Quran təlimi müəllimi Səudiyyə Ərəbistanında Həcc ziyarətində olan Rusiyalı zəvvarlara Qurani-Kərimin düzgün və sadə oxunuşu, Namazın düzgün qiraəti və Həcc hökmlərini öyrədir.

Moskvanın İslam Mərkəzinin Quran təlimi müəllimi Namiq Abışov bu barədə İQNA-ya müsahibə verərək deyib: Həcc mərasimi günlərində Quran fəaliyyətlərimizdən biri də hacılara Namazda oxunan Quran ayələrinin səhih tələffüz edilməsini öyrətməkdir.

O vurğulayıb: Quranı öyrətmək və öyrənmək çox əhəmiyyətlidir. Çünki Namazda da Quran ayələri oxunur. Buna görə də gərək ayələri düzgün oxumağı hamı bacarsın. Bu məqsədlə hacılara Həcc hökmlərini və Quran ayələrinin səhih oxunuşunu öyrədirik.   

http://iqna.ir/fa/news/3832550/

captcha