IQNA

Türkiyə Qüdsdə Fələstinlilərin evlərini dağıdılmasına etiraz etdi

22:57 - July 24, 2019
Xəbər sayı: 3485570
Türkiyənin Xarici İşlər Nazirliyi bəyaniyyə yayaraq işğal edilmiş Qüds şəhərinin "SurBahur" rayonunda sionist hərbiçilər tərəfindən Fələstinlilərin evlərinin geniş miqyasda dağıdılmasını məhkum edib.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi bəyaniyyə yayaraq işğal edilmiş Qüds şəhərinin "SurBahur" rayonunda sionist hərbiçilər tərəfindən Fələstinlilərin evlərinin geniş miqyasda dağıdılmasını məhkum edib.  

Türkiyənin Xarici İşlər Nazirliyi bəyaniyyəsində deyilir: İşğal edilmiş Qüdsün rayon və qəsəbələrində Fələstinlilərin evlərinin dağıdılması sionist İsrail rejiminin işğalçılıq və təcavüzkarçılığının davamıdır. İsrail bu addımı Qüdsün müsəlman cəmiyyətinin tərkibini dəyişmək niyyəti ilə atıb. Biz bunu kəskin şəkildə qınayırıq.

Bəyaniyyənin davamında deyilir: Beynəlxalq cəmiyyətlərin Qüdsün hüquqi statusu və tarixi kimliyini və habelə Fələstin xalqının hüquqarını müdafiə etməsi bir zərurətdir.   

Fələstin xəbər qaynaqlarının məlumatına əsasən, indiyədək Qüdsdə 100-dən çox yaşayış evi dağıdılmışdır. İşğalçı sionistlər müsəlmanların yaşadığı digər 225 evi də dağıtmaq istəyirlər.

http://iqna.ir/fa/news/3829563

Teqlər: iqna ، türkiyə ، qüds ، fələstin
captcha