IQNA

Türkiyənin tavansız məscidini hər il minlərlə insan ziyarət edir

7:15 - July 23, 2019
Xəbər sayı: 3485561
Türkiyənin Trabzon və Gümüşhanı elləri arasında yerləşən Kadırğa yaylasının altı yüz illik qədim və tarixi "tavansız məscid"ini hər il minlərlə xarici və daxili turist ziyarət edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Trabzon və Gümüşhanı elləri arasında yerləşən Kadırğa yaylasının "tavansız məscid"ini hər il minlərlə xarici və daxili turist ziyarət edir.

Hər il minlərlə namazqılan və turisti özünə cəlb edən bu məscidin 600 il yaşı var.

Bu tarixi məscid Qara dəniz sahillərində yerləşir. Dəniz səviyyəsindən 800 metr hündürlükdə olan bu məscid 1.5 metr düzbucaqlı divarla əhatə olunmuşdur.

Məscidin ziyarətinə gəlmiş Özkan Pekin adlı turist "Yeni Şəfəq" informasiya agentliyi ilə müsahibəsində deyib: Bu elin insanları çalışıblar ki, dini və tarixi miraslarını gələcək nəsillər üçün qorusunlar. Bu məscid 70 il öncə də, yəni mən uşaq olarkən də bu günki qədər izdihamlı idi. Və bu, Allahın lütfüdür ki, insanlar bura namaz üçün toplaşdığı zaman yağış yağmır.    

http://iqna.ir/fa/news/3829092

captcha