IQNA

Hindistanın "İslam Cəmaəti" təşkilatının fəaliyyəti donduruldu

14:11 - July 02, 2019
Xəbər sayı: 3485434
Hindistanın "İslam Cəmaəti" təşkilatının Kəşmir və Cammu əyaləti şöbəsinin fəaliyyətləri mərkəzi dövlət tərəfindən beş il müddətində donduruldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın "İslam Cəmaəti" təşkilatının Kəşmir və Cammu əyaləti şöbəsinin fəaliyyətləri mərkəzi dövlət tərəfindən beş il müddətində donduruldu.

Hindistanın mərkəzi dövləti rəsmi şəkildə bu təşkilatının Kəşmir və Cammu əyalətindəki fəaliyyətlərini terrorizmə yönəli, zərərli və dağıdıcı elan edib.

Mərkəzi dövlət elan edib ki, 1967-ci ilin qanun layihəsinə əsasən, "İslam Cəmaəti" partiyasının Kəşmir və Cammudakı fəaliyyətləri partiyanın terrorçuları və separatçıları dəstəklədiyi üçün beş il müddətində qadağan edilir. Həmçinin bu partiyanın dağıdıcı işləri davam edərsə və ya partiyanın İŞİD ilə hər hansı bir əlaqəsi üzə çıxarsa, partiyanın fəaliyyətləri birdəfəlik qadağan ediləcəkdir.  

İslam Cəmaəti partiyasının Cammu və Kəşmir əyalətləri şöbəsinin rəisi Əbdülhəmid Fəyyaz əyalətin anti-iğtişaş polisləri tərəfindən həbs edilib.

http://iqna.ir/fa/news/3823518/

captcha