IQNA

Əfqanıstanda Quranı ipək səhifələr üzərinə yazdılar

23:09 - May 23, 2018
Xəbər sayı: 3483213
Əfqanıstan xəttatları və hüsnxət ustadları Qurani-Kərimin ipək səhifələr üzərinə yazılması işini başa çatdırıblar. Onlar bu işə iki il vaxt sərf ediblər.

Əfqanıstda Quranı ipək səhifələr üzərinə yazdılarİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstan xəttatları və hüsnxət ustadları Qurani-Kərimin ipək səhifələr üzərinə yazılması işini başa çatdırıblar.

Onlar özlərinin bu şah əsərləri ilə ölkələrinin hüsnxətt incəsənət növünün qorunub saxlanılacağına ümidvar olduqlarını deyiblər.

İpək səhifələr üzərinə yazılmış bu Quran nüsxəsi 610 səhifədir ki, 38 nəfər Əfqan xəttatı, hüsnxətt ustası və miniatürçü tərəfindən iki il ərzində yazılıb başa gəlmişdir. Quranın cildi keçi dərisindən hazırlanmışdır və 8.6 kq çəkisi vardır. Hər səhifənin yazılması üçün ən azı iki gün vaxt sərf edilmişdir. Hər səhifənin təhzib edilməsi və bəzədilməsinə isə bir həftə zaman xərclənib.

قرآن حریر، ناجی میراث فرهنگی افغانستان/ انگلیسی

66 yaşlı hüsnxətt ustası Qəməruddin Çişti bu barədə danışaraq deyib ki, bu nüsxəni yazmaqda hədəfimiz Əfqanıstanın ənənəvi hüsnxətt incəsənət növünün qorunub saxlanılmasıdır. Çünki bu incəsənət növü bizim qədim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. İncəsənət maddi şeylərlə qiymətləndiriləsi bir miras deyil və bu əsərin yaradılması da İlahinin bizə lütfü idi.  

http://iqna.ir/fa/news/3717066

Teqlər: iqna ، hüsnxətt ، xəttat ، ipək quran
captcha