İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə cümhuriyyətinin diyanət vəqfi mübarək Ramazan ayında dünyanın müxtəlif 17 ölkəsində 55 min nüsxə Qurani-Kərim paylayacaq.
Türkiyə cümhuriyyətinin Diyanət Bakanlığı və Vəqflər Təşkilatının rəis müavini Abdurrahman Çətin bu xəbəri elan edərək dedi: "Quran mənim hədiyyəmdir" layihəsinin icrası yönündə dünyanın 10 canlı dilinə tərcümə edilmiş 55 min Qurani-Kərim nüsxəsi mübarək Ramazan ayında dünyanın 17 ölkəsində paylanılacaqdır.
O əlavə etdi: Bu Quran nüsxələri İngilis, Fransız, Türki, Azəri, İspan, Qazax, Kürd, Çuayi, Tamili və s... dillərə tərcümə edilib və eyni halda Quranın ərəbcə mətni də tərcümənin kənarında mövcuddur.
Çətin deyib: Qurani-Kərimin tərcümə edilmiş nüsxələri Şri-Lanka, Kolumbiya, Essalvador, Quatamola, Beliz, Hayiti, Panama, Şili, Ekvador, Peru, Malavi, Zimbabve, Qəna, Qazaxıstan, Naxçıvan, Suriya və Kenyada paylanacaqdır.
Abdurrahman Çətin əlavə edib ki, bu ilin Ramazan ayında dünyanın 84 ölkəsinin 326 regionunda Türkiyənin diyanət bakanlığı tərəfindən iftar süfrələri açılacaqdır.