İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın təhlükəsizlik qüvvələri Mosulun qərbində İŞİD terrorist ünsülərinə bağlı və müxtəlif millətlərdən olan üç qadını saxlayıblar.
Kapitan Xəlil İbrahim - Suriya ilə müştərək sərhəd zolaqlarına nəzarət edən İraqın 15-ci hərbi bölüyünün komandirlərindən biri, bu barədə deyib: Bölüyümüzün əsgərləri ikisi Suriya və biri Türkiyədən olan üç qadını saxlayıblar. Onların İŞİD terrorist ünsürlərindən olduğu məlum olub.
O əlavə edib: Bu qadınlar Mosul şəhərinin 130 km-liyində Suriya sərhədləri vasitəsi ilə xaricə qaçmaq istəyərkən yaxalanıblar.
Kapitan Xəlil İbrahim deyib: Təhlükəsizlik qüvvələri saxlanılan qadınları istintaq üçün Neynəva əməliyyatı komandanlığının qərargah həbsxanasına aparılıblar.
Təhlükəsizlik qüvvələri istintaq zamanı qadınların İŞİD-in dini polis idarəsi "Divanu Həsbətun-Nisa"nın üzvləri olduqlarını aşkar ediblər.