IQNA

BƏƏ-də yeni müsəlmanlar arasında Quran yarışları keçirildi

8:43 - February 24, 2018
Xəbər sayı: 3482827
Dubayda yeni müsəlmanlar arasında keçirilən Quran-Kərim yarışlarının ikinci turuna dünyanın müxtəlif ölkələrindən iyirmi millətin nümayəndəsi qatılıb.

BƏƏ-də yeni müsəlmanlar arasında Quran yarışları keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dubayda yeni müsəlmanlar arasında keçirilən Quran-Kərim yarışlarının ikinci turuna dünyanın müxtəlif ölkələrindən iyirmi millətin nümayəndəsi qatılıb.

BƏƏ-nin paytaxtında keçirilən bu yarışlar ölkənin “Darul-Birr” (yaxşılıqlar evi) birliyinin nəzdində fəaliyyət göstərən “əl-Məlumat İslam Mərkəzi”nin təşəbbüsü ilə iki kateqoriyada, qadınlar və kişilər arasında keçirilib.

Yeni müsəlmanlar (İslam dinini yeni qəbul etmişlər) arasında keçirilən Quran-Kərim yarışlarının ikinci turunda dünyanın müxtəlif ölkələrindən iyirmi millətin nümayəndəsi olmaqla 309 nəfər iştirak edib.

Bu Quran yarışlarının keçirilməsinin əsas hədəfi İslam dinini yeni qəbul edənlərin Qurani-Kərimlə tanışlığı və ünsiyyəti, Quranın dərki, İlahi hökmlərli öyrənmək və daha çox ayələr bilmək üçün münasib fürsət yaratmaq olub.

“Darul-Birr” (yaxşılıqlar evi) birliyinin nəzdində fəaliyyət göstərən “əl-Məlumat İslam Mərkəzi”nin rəsisi Raşid Cüneybi bu barədə məlumat verərək dedi: Yarışların bu turunda keçən tura nisbətdə 50% iştirakçı çoxluğunun şahidi olduq. Bu yarışlarda Amerika, Avropa, Asiya və Afrika ölkələrindən nümayəndələr iştirak edirdilər.  

Yarışların sonunda Quranin hifzi, gözəl tilavəti və qiraəti üzrə qalib olanlara nəfis hədiyyələr təqdim edildi və həmçinin onların Ümrə Həcci ziyarətinə də göndərilməsi nəzərdə tutulmuşdur.

http://iqna.ir/fa/news/3693830

Teqlər: iqna ، bƏƏ ، quran yarışları
captcha