IQNA

Mərakeşin məscidləri Qurani-Kərimin “bril” nüsxələri ilə təchiz ediləcək

7:35 - February 24, 2018
Xəbər sayı: 3482825
Bu ölkənin Tətvan (تطوان) əyalətinin məscidləri görmə qüsuru olanların Quran qiraəti məsələsini asanlaşdırmaq üçün Qurani-Kərim “bril” nüsxələri ilə təchiz ediləcəkdir.

Mərakeşin məscidləri Qurani-Kərimin “bril” nüsxələri ilə təchiz ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Mərakeşin Tətvan (تطوان) əyalətinin məscidləri görmə qüsuru olanların Quran qiraəti məsələsini asanlaşdırmaq üçün Qurani-Kərim “bril” nüsxələri ilə təchiz ediləcəkdir.

Əbdülhey Ğələbzuri (Mərakeşin İslami İşlər və Vəqflər Nazirliyinin Tətvan əyalətində səlahiyyətli nümayəndəsi) bu barədə dedi: Məscidlərdə görmə qüsuru olanların Qurani-Kərimi qiraət istəklərini asanlaşdırmaq hədəfi ilə bu əyalətin məscidlərinə “bril” əlifbası ilə çap edilmiş Quran nüsxələri paylanılacaq.  

O əlavə etdi: Hazırda Tətvan əyalətində yeni məsicdlər də inşa edilir ki, bu məscidlərdə əlillərin rahatlığını təmin edən bütün memarlıq metodlarına riayət edilir və həmçinin onların xüsusi ehtiyaclarını təmin etmək üçün öncədən tədbirlər görülür. Bu işlər əlillərin haqlarının riayət edilməsi barədə Mərakeşin ana yasasına və beynəlxalq qanunlara əsasən və müqəddəs İslam dininin və İlahi təlimlərin cəmiyyətdə formalaşması yönündə həyata keçirilir.

Mərakeşin İslami İşlər və Vəqflər Nazirliyinin Tətvan əyalətində səlahiyyətli nümayəndəsi sözünün davamında bildirdi: Həmçinin çalışılır ki, Mərakeşin Tətvan regionunun bütün qədim məscidlərində də əlillərin rahatlığını təmin edən və onların xüsusi ehtiyacları olan bütün avadanlıqlar quraşdırılsın.

Xatırladırıq ki, “Bril xətti” fransalı Luyis Brilin görmə qüsuru olanlar üçün ixtira etdiyi yazı növüdür. Bu yazı növündə həriflər qabardılmış şəkildə səhifənin üzərində işlənir və görmə qüsuru olan əlil əlini həriflərə sürtməklə onları oxuyur.

http://iqna.ir/fa/news/3693853

captcha