IQNA

Yəmənin Cənubi Ədən şəhərinin məscidlərinin Cümə namazları ləğv edildi

0:16 - February 24, 2018
Xəbər sayı: 3482824
Cənubi Ədən əyalətinin Cümə xətibləri və camaat imamlarından bəziləri terror hücumlarına məruz qaldıqlarına görə Yəmənin bu əyalətinin məscidlərində Cümə namazları ləğv edildi.

Yəmənin Cənubi Ədən şəhərinin məscidlərinin Cümə namazları ləğv edildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “irəmnyuza” istinadla verdiyi xəbərə görə, Cənubi Ədən əyalətinin Cümə xətibləri və camaat imamlarından bəziləri terror hücumlarına məruz qaldıqlarına görə Yəmənin bu əyalətinin məscidlərində Cümə namazları ləğv edildi.

Yerli ictimai aktivistlər bu barədə elan ediblər ki, Yəmənin Cənubi Ədən əyalətinin Cümə xətibləri və camaat imamlarından bəziləri terror hücumlarında hədəfə alınmasının ardınca bu əyalətdə Cümə namazlarının qılınması dayandırıldı. 

Yəmənin Cənubi Ədən əyalətinin Müəlla şəhərinin məscid imamı Abdullah ibn Abbas iki gün öncə, həftənin Cüməaxşamı günü, 22 Fevral 2018-ci il, İşa (xüftən) namazını tamamladıqdan sonra elan edib ki, mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq və Cümə xətibləri və camaat imamların terroru davam etdiyi üçün Ədəndə  bu həftənin Cümə namazı qılınmayacaq.

Xatırladırıq ki, Ədən şəhəri Yəmənin istefaya getmiş dövlət başçısı Əbdürəbbi Mənsur Hadi tərəfindən yeni müvəqqəti paytaxt elan edilmişdi. Və bir neçə müddətdir ki, bu şəhərdə sabitlik pozulub və istefaya göndərilmiş dövlət tərəfdarları ilə Yəmənin cənubunun keçid şurasının adamları arasında silahlı qarşıdurmaq və keşməkeşlər davam edir.  

http://iqna.ir/fa/news/3693840

Teqlər: iqna ، yəmən ، ədən ، cümə namazı
captcha