IQNA

Bakının bütün məscidlərində "Xanım Fatimeyi Zəhra" məscidində "Əyyami Fatimə" məclisləri keçirilir

13:32 - February 20, 2018
Xəbər sayı: 3482811
Bakının bütün məscidlərində "Xanım Fatimeyi Zəhra" məscidində "Əyyami Fatimə" məclisləri  keçirilib. Məscidlərin əksəriyyətində yer olmadığından dindarlar məscidin həyətində əzaya qatılıblar.

Bakının bütün məscidlərində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi): İslamazeri.com xəbər verir ki, Bakının bütün məscidlərində "Xanım Fatimeyi Zəhra" məscidində "Əyyami Fatimə" məclisləri  keçirilib. Məscidlərin əksəriyyətində yer olmadığından dindarlar məscidin həyətində əzaya qatılıblar. Bakının Günəşli qəsəbəsindəki "Xanım Fatimeyi Zəhra" məscidində "Əyyami Fatimə" məclisləri  keçirilib. Mərasimin birinci hissəsində ilahiyyatçı Ramil Bədəlov çıxış edərək, Xanım Fatimeyi Zəhranın məqamından danışıb, o həzrətin şəhadətilə bağlı nohələr deyib. Əhlibeyt məddahı Hacı Hikmət Bağırov isə, nohə, mərsiyə və rövzələr deyərək Əhlibeytin qəmli günündə məscid əhlinə təsliyyət ərz edib.

Bakının Bülbülə qəsəbəsinin "İmam Ümmət" məscidində də Xanım Fatimeyi Zəhranın (s.ə) şəhadət mərasimi keçirilir. İlk gün, ilahiyyatçılar; Seyid Şəhadət Heydərov, dünən isə Hacı Səxavət Əliyev çıxış edib. Hacı Səxavət Əliyev İslam Peyğəmbərinin Meraca getməsindən danışıb. Vaiz Xanım Zəhra (s.ə),  o cümlədən Əhlibeytin məqamından danışıb, ayələri təfsir edərək, hədislərin açıqlamalarını önə çəkib. Əhlibeyt məddahı Hacı Rasim Xudayi nohə, rövzə və mərsiyələr deyib, əzadarlar sinə vurublar.

Bakının "Məşhədi Dadaş" məscidində də, "Əyyami Fatimə" mərasimləri keçirilir. Dünən də mərasimə çox sayda paytaxt dindarları qatılıb. Məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli çıxışı zamanı Əhlibeyt vilayətinin vacibliyindən danışıb. Yaxşılıq, pislik və dəyərlər haqqında danışan vaiz, Xanım Fatimeyi Zəhranın məqamına işarə edib. Mərasimdə Əhlibeyt məddahı seyid Peyman nohələr oxuyub, mərsiyə deyiblər.

captcha