IQNA

Ruhingiyalı müsəlmanların başlarına gələn müsibətlər Livan juranlında

1:34 - February 19, 2018
Xəbər sayı: 3482803
Livanın HİZBULLAH təşkilatının nəşr etdiyi juranlda Myanma hakimiyyətinin və radikal buddistlərin Ruhingiyalı müsəlmanların başlarına gətirdiyi müsibətlər işıqlandırılıb.

Ruhingiyalı müsəlmanların başlarına gələn müsibətlər Livan juranlındaİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Livandakı Mədəniyyət Mərkəzinə istinadla verdiyi xəbərə görə, Livanın HİZBULLAH təşkilatının nəşr etdiyi qeyri-dövri nəşrlər juranlında Myanma hakimiyyətinin və radikal buddistlərin Ruhingiyalı müsəlmanların başlarına gətirdiyi müsibətlər işıqlandırılıb.

Bu juranal Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) sənədlər və araşdırmalar məşvərət mərkəzinin təşəbbüsü ilə bülleten şəkilində qeyri- dövrü olaraq Beyrutda çap və nəşr edilir. Bu jurnalda dünyanın, regionun və müsəlmanların mühüm məsələləri araşdırılır və müazkirə edilir.

Livan İslami Müqavimət Hərəkatının (HİZBULLAH) sənədlər və araşdırmalar məşvərət mərkəzinin qeyri-dövrü nəşrlər məcmuəsinin 26-cı sayında Myanma hakimiyyətinin və radikal buddistlərin Ruhingiyalı müsəlmanların başlarına gətirdiyi müsibətlər işıqlandırılıb. Juranlın bu sayı “Myanmanın Ruhingiyalı müsəlmanlarının müsibətləri” adı ilə 31 səhifədə çap və nəşr edilib.

Böhranın mahiyyəti, ikinci dünya müharibəsindən sonra müsəlmanlar ilə buddistlər arasında olan insidetnlər, 2012-ci idlən sonra ruhingiyalı müsəlmanlara qarşı zorakılıq dalğaları, ruhingiyalı müsəlmanların Myanmada yaşadığı corğafiya xəritəsi və s... kimi mövzular jurnalın bu sayında tarixi sənədlər əsasında araşdırılıb.

http://iqna.ir/fa/news/3692578

Ruhingiyalı müsəlmanların başlarına gələn müsibətlər Livan juranlında

Teqlər: iqna ، livan ، maynmar ، ruhingiya
captcha