IQNA

Süleyman Fərzəliyev İQNA ilə müsahibəsində dedi:

İŞİD mediadan İslama zərbə vurmaq üçün istifadə edir

22:08 - November 10, 2016
Xəbər sayı: 3480981
Tehran, 10.11.2016- APA-nın Tehran ofisinin rəisi İŞİD-in mediadan İslama zərbə vurmaq üçün istifadə etdiyini və bununla İslamın həqiqi simasını dünyaya tərsinə göstərməyə çalışdığını vurğuladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Süleyman Fərzəliyev – Azərbaycan respublikasının APA xəbər agentliyinin Tehran ofisinin rəisi, İİR-nın 22-ci beynəlxalq mətbuat sərgisinin haşiyəsində İQNA ilə müsahibəsində media və "kütləvi informasiya vasitələri"indən səmərli və effektiv istifadədə zəifliyi İslam dünyasının ümdə problemlərindən biri hesab etdi.

APA-nın Tehran ofisinin rəisi "kiv" və media nümayəndələrinin yalan xəbərləri və şayiələri yaymaqdan çəkinmələrinin və həqiqətləri çatdırmalarının zəruri olduğunu bəyan edərək dedi: Bir medianın əsas vəzfiəsi insanlar üçün faydaları və qurucu xəbərləri yaymaqdır. Əsassız xəbərlərin və şayiələrin bir mediada yayılması həmin medianın mahiyyətini sual altında qoyur. Bu gün dünyada bir çox media vasitələri vardır ki, yalan və şayiə yaydıqları üçün cəmiyyətin etibar və etimadını itiriblər.

Süleyman Fərzəliyev – Azərbaycan respublikasının APA xəbər agentliyinin Tehran ofisinin rəisi, Qərb cəmiyyətində İslamofobiya dalğasının genişlənməsinə işarə edərək vurğuladı: İslamofobiya həqiqətdə cəmiyyətdə İslam dininə qarşı bir sıra mənfi baxışların qorxu və həyacanla yayılmasıdır. Düşmənlər bu soyuq silahdan istifadə edərək indiyədək İslam dünyası və müsəlmanlara çoxlu zərərlər yetiriblər. Bu arada islamofobiyanın yayılması üçün media və "kiv"-lər düşmənin əsas vasitələrindən biri olub. Buna görə İslam dünyası da qüdrətli media qərargahları icad edərək düşmənin bu silahı ilə üzləşməlidir.

O əlavə etdi: Qərb cəmiyyətində islamofobiyanın kök salmasının qarşısını almaq üçün İslam ölkələri və müsəlmanlar mətbuat və media sahəsində əsaslı həl yolları fikirləşməlidirlər. İslam ölkələri bu sahədə həmkarlığı genişləndirərək İslamın həqiqi simasını dünyaya tanıtmalıdırlar. İslami ölkələrin mediası bu sahədə eyni yöndə və bir istiqamətdə hərəkət etməlidirlər.

APA-nın Tehran ofisinin rəisi İslami medianın dünya mediası arasında öz lazımı yerini hələ də lazımınca tuta bilməməsinə işarə edərək dedi: Təəssüflər olsun ki, bu gün dünyada qeyri-İslami medialar daha məşhur və tanınmışdırlar. Doğrudur, İslami medialar da dünya səthində bir sıra fəaliyyətlər göstərirlər, amma hələ də çox və effektiv təsirə sahib ola bilməyiblər. İslami ölkələrin mediaları xalis niyyət və hər cür qərəzdən uzaq olaraq həqiqi İslamı dünyaya tanıtmağa çalışmalıdırlar.

Süleyman Fərzəliyev Azərbaycanda İslami medianın vəziyyətinə işarə edərək dedi: Hazırda "maide.az", "deyerler", "faktxəbər" və "islamazeri" kimi İslami xəbər və informasiya portalları ölkədə xüsusi aktivliklə seçilirlər, İslam dünyası və dini xəbərləri işıqlandırırlar. Mənim fikrimcə bu mediaların ölkə miqyasında dini xəbərlərin yayılmasında kifayət qədər təsirli rolu vardır. Adı çəkilən medialar xəbərdən əlavə İslam maarifi sahəsində də insanlarda təsirə malikdirlər və insanlarda İslami təlimlərə maraq oyada biliblər.

Azərbaycan respublikası APA xəbər agentliyinin Tehran ofisinin rəisi İQNA ilə müsahibəsində İŞİD-in media fəzasından İslama zərbə vurmaq üçün kalan istifadə etdiyini vurğulayaraq dedi: Amerika medianı, xüsusilə də virtula məkanda İŞİD-in ixtiyarına buxarıb və onları bu sahədə himayə edir. İslam düşmənləri texnologiya və digər təchizatı İŞİD-in ixtiyarında qoyaraq çalışırlar ki, İslamın həqiqi simasını dünyaya tərsinə göstərsinlər. Mənim fikrimcə İŞİD öz hədəflərini müəyyən bir həddə qədər virtual məkanda irəli apara bilibdir. Bu vəziyyət bizim vəzifəmizdir ki, daha effektiv və konstruktiv proqramlar hazırlayaraq İslam əleyhinə başlamış mənfi təbliğatlara qarşı mübarizə aparaq.

Mürtəza Kərimi

http://iqna.ir/fa/news/3544748


captcha